
Türkiyəli müğənni Muazzez Ersoyun başına iş gəlib.
Aparıcısı olduğu "Sevgilerimle” proqramında ifasını səsləndirməyə çalışan sənətçi çətin anlar yaşayıb. Ersoy texniki nasazlıq səbəbindən mahnısını ifa edə bilməyib.
Hadisə "TRT müzik” kanalında yaşanıb.
Baş verənlərdən sonra Muazzez bu texniki nasazlığı sənətinə hörmətsizlik adlandırıb və canlı yayımı tərk edib.



























