
Yeşilçam”ın əfsanəvi aktrisası Fatma Girik 20 il yaşadığı Bodrumdakı evini rekord qiymətə satışa çıxarıb.
Səhhəti ilə bağlı problemlər yaşayan 78 yaşlı kino ulduzunun lüks villasının satış qiyməti 40 milyon TL-dən başlayır.
İki il əvvəl 4 dəfə yıxılması nəticəsində ayaqları sınan və bir dəfə beyin əməliyyatı keçirən ulduz sağlamlıq baxımdan çətinlik günlər keçirdiyi üçün İstanbula köçməyə qərar verib. 96 yaşlı anası və bacısı ilə birlikdə yaşayan aktrisa "Evimi satmadan İstanbula köçə bilmərəm” deyib.



























