SON DƏQİQƏ

Ruhani İran xalqından üzr istədi

Tarix:

2-08-2021, 08:56

/ 2 456 dəfə oxundu.
Ruhani İran xalqından üzr istədi

Səlahiyyət müddəti başa çatmaqda olan İran prezidenti Həsən Ruhani hakimiyyəti dövründə onun rəhbərlik etdiyi hökumətin yalnış addımlarına görə xalqdan üzr istəyib.

TASS xəbər verir ki, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin növbəti iclası zamanı bildirib.

"Biz çalışırdıq ki, siyasətimizdə səhvlər və çatışmazlıqlar az olsun. Buna baxmayaraq, əgər belə hallar yenə də olubsa, buna görə İran xalqından üzr istəyirəm”, - deyə Ruhani bəyan edib.

Prezident qeyd edib ki, xalq həyat səviyyəsindən haqlı olaraq narazıdır, lakin dövlətin iqtisadi müharibə vəziyyyətində olduğunu anlamaq və əldə olunan nailiyyətlərə bu baxımdan yanaşmaq lazımdır. 
Şeyla
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər