SON DƏQİQƏ

Tehranda yenidən etiraz aksiyası olub

Tarix:

26-07-2021, 16:53

/ 4 180 dəfə oxundu.
Tehranda yenidən etiraz aksiyası olub

Tehranın "Ələddin” ticarət mərkəzində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar 50-dən çox tacir etiraz aksiyası keçirib.

Bu barədə İran mediası məlumat yayıb.

Etirazçıların bəziləri siyasi şüarlar səsləndirərək, səs yazısını sosial şəbəkədə yerləşdirməyə çalışıb.

İran Enerji Nazirliyindən bildirilib ki, istehlak edilmiş enerjinin limitinin pozulmasına görə işıq cəmi iki saat müddətinə söndürülüb.

Bir müddətdir ki, İranda dövlət idarələrində, yaşayış və sənaye binalarında vaxtaşırı olaraq elektrik enerjisi kəsilir. Bunun nəticəsindən işıqforlar işləmir, tıxac və hətta qəza yaranır.

İran rəsmiləri öz növbəsində bütün stansiyaların tam gücü ilə işlədiyindən elektrik enerjisi həcminin artırılmasının mümkün olmadığını bildirirlər.

скачать dle 12.1

Şərhlər