İran ölkə daxilində davam edən elektrik kəsintiləri fonunda Azərbaycan, Türkmənistan və Ermənistandan enerji idxalına qərar verib.
Bu barədə çərşənbə günü İranın elektrik enerjisi sənayesinin rəsmi nümayəndəsi Mojtab Rəcəbi Məşhədi məlumat verib.
Onun sözlərinə görə, enerji ixracı demək olar ki, tamamilə dayandırılıb.
"Hazırda elektrik enerjisi Türkmənistan, Azərbaycan və Ermənistandan idxal olunur. Əfqanıstana cəmi 50 meqavat enerji ixrac edirik” – deyə o bildirib.
Bundan əvvəl İran mediası 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisinin kəsilməsi barədə məlumat yaymışdı. Ölkənin hər yerində – dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi kəsilir. Xüsusilə, keçən həftə sonu İranda elektrik enerjisində kəsintilər olub, bunun gələn həftənin birinci yarısında yenidən baş verməsi mümkündür. Ölkə rəhbərliyi vətəndaşlardan xüsusilə günortadan sonra elektrik istehlakını mümkün qədər azaltmalarını istəyib.konkret.az