SON DƏQİQƏ
» » İrəvanda sabah Nikolun ofisi mühasirəyə alınacaq

İrəvanda sabah Nikolun ofisi mühasirəyə alınacaq

Tarix:

23-12-2020, 23:49

/ 1 300 dəfə oxundu.
İrəvanda sabah Nikolun ofisi mühasirəyə alınacaq

Ermənistan müxalifəti sabah saat 11-də hökumət binasını mühasirəyə alacaq.

GunAz.az xəbər verir ki, bunu İrəvanın Respublika meydanında keçirilən mitinqdə Daşnaksütyun Partiyasının üzvü Geqam Manukyan deyib.

O bildirib ki, sabah saat 10-dan etibarən Nazirlər Kabinetinin binasını hər tərəfdən bağlayacağıq:

"Elə edəcəyik ki, hökumət üzvləri ora girib-çıxa bilməsin. Onların iclası çoxdan bir qəpiyə dəymir. Onlar hökumətin iclasını keçirməməlidir. Nikol Paşinyan baş nazir kimi hökumətin iclasını keçirmək səlahiyyətindən məhrum olmalıdır”, - Manukyan bildirib.

O, oturaq aksiyanın davam etdiyini və səhər 10-a kimi çadırlarda qalacaqlarını bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ