
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
Erməni KİV-lərinin məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir.
Aksiyada iştirak edən "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir: "Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır".
Qeyd edək ki, İrəvanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.