SON DƏQİQƏ
» » Daşnaksütyun xalqı Paşinyana qarşı çıxmağa çağırdı

Daşnaksütyun xalqı Paşinyana qarşı çıxmağa çağırdı

Tarix:

8-12-2020, 22:41

/ 1 322 dəfə oxundu.
Daşnaksütyun xalqı Paşinyana qarşı çıxmağa çağırdı

Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan müxalifəti sabah İrəvanda parlamentin qarşısına toplaşmağa çağırıb.

GunAz.az xəbər verir ki, Saqatelyan çağırışını Feysbuk vasitəsilə edib.

"Bu gün "Vətənin xilası hərəkatı”nın çağırışına cavab verən çoxsaylı vətəndaş bütün Ermənistan ərazisində dinc aksiyalar keçirdi. Sabah da eyni ruh yüksəkliyi, eyni qərarlılıqla davam edirik. Toplaşırıq və hakim rejimi xalqın istəyini qəbul etməyə məcbur edirik. Birlikdə vətəni xilas edəcəyik”, - Saqatelyan bildirib.

O, vətəndaşları saat 16:00-da parlamentin binası qarşısına toplaşmağa çağırıb.

Qeyd edək ki, dekabrın 5-də erməni müxalifəti Baş nazir Nikol Paşinyan və onun komandasına istefa verməsi üçün dekabrın 8-dək vaxt vermişdi. Ona görə də bu gün aksiya keçirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ