SON DƏQİQƏ
» » Türkiyə XİN-dən sanksiya qərarına münasibət

Türkiyə XİN-dən sanksiya qərarına münasibət

Tarix:

14-12-2020, 23:37

/ 1 259 dəfə oxundu.
Türkiyə XİN-dən sanksiya qərarına münasibət

ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, ABŞ-ın S-400-ün NATO sistemləri üçün zəiflik yaradacağı iddiası əsassızdır:

"Türkiyə NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq, birtərəfli sanksiyalara əl atdı".

Bəyanatda Türkiyənin ABŞ-ın qərarına qarşı lazımı addımlar atacağı vurğulanıb:

"Türkiyə münasibətlərə qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ