İspaniyada koronavirusdan (KOVİD-19) ölənlərin sayı 500-ü ötüb. GunAz.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yeni virusa yoluxanların sayı isə artıq 11 min 178-ə çatıb. Son rəqəmlər bu ölkədə vəziyyətin hər keçən gün ağırlaşdığını göstərir. Qeyd edək ki, İspaniyada da nəzarət buraxılış məntəqələrinin qapadıldığı, səfər məhdudiyyətlərinin tətbiq edildiyi məlumdur.