
Braziliya millisinin hücumçusu Neymar Venesuela zəlzələsindən zərər çəkənlərə kömək üçün təxminən 250.000 dollar ianə edib.
GunAz.az xəbər verir ki, bu barədə “Lance” məlumat yayıb.
Bu məbləğ zəlzələdən sonrakı humanitar yardım üçün istifadə olunacaq. Neymarın ianəsi ərzaq paylanmasına, içməli su ilə təminata, dərman alınmasına və qurbanlar üçün müvəqqəti sığınacaqların tikilməsi üçün istifadə olunacaq.
Neymar əvvəllər xeyriyyə işlərində iştirak edib. Məsələn, koronavirus pandemiyası zamanı braziliyalı Manaus şəhərinə kömək etmək məqsədi daşıyan kampaniyalarda, o cümlədən süni tənəffüs aparatlarının alınmasını dəstəkləməkdə iştirak edib.































