
İyunun 30-da Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
GunAz.az xəbər verir ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Qeyd olunub ki, sabah saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonunun Masazır kəndinin, eləcə də Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın qaz təchizatı müvəqqəti dayandırılacaq.































