SON DƏQİQƏ
» » Buzovnada bir qrup sakin küçəyə çılpaq çıxırlar - İddia

Buzovnada bir qrup sakin küçəyə çılpaq çıxırlar - İddia

Tarix:

Bu gün, 17:06

/ 3 478 dəfə oxundu.
Buzovnada bir qrup sakin küçəyə çılpaq çıxırlar - İddia

Yay mövsümünün başlaması ilə bağ evlərinə kirayə tələbatı artsa da, bəzi ərazilərdə bu vəziyyət yerli sakinlərin narazılığına səbəb olur.
 
GunAz.az xəbər verir ki, Buzovna qəsəbəsinin 43-cü məhəllə adlanan hissəsində kirayəyə verilən bağ evlərindən birində gecə saatlarınadək davam edən yüksək səs-küy ətrafda yaşayan insanların rahatlığını pozur. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə ev sahibi ilə əlaqə yaratmağa cəhd etsələr də, nəticə əldə edə bilməyiblər.
 
Şikayətçilər iddia edirlər ki, istirahət üçün gələn qonaqlar hovuzdan istifadə zamanı və küçədə olarkən ictimai əxlaq normalarına uyğun olmayan davranışlar sərgiləyirlər.
 
Sakinlərdən biri bildirib ki, gecə saatlarınadək davam edən qışqırıqlar və yüksək səslə səsləndirilən musiqi onların normal istirahətinə mane olur. Onun sözlərinə görə, dəfələrlə ev sahibinə zəng etsələr də, cavab ala bilməyiblər. Hər gün fərqli şəxslərin gəldiyini deyən sakin əlavə edib ki, qonaqlardan səsi azaltmağı xahiş etdikdə, onlara ev sahibinin hər şeyə icazə verdiyini bildirirlər.
 
Digər bir sakin isə ərazidə təhlükəsizlik probleminin də yarandığını deyib. Onun sözlərinə görə, bəzi şəxslər hovuzdan istifadə etdikdən sonra küçədə yarıçılpaq vəziyyətdə gəzir, avtomobilləri yüksək sürətlə idarə edirlər. Bu isə ərazidə oynayan uşaqlar üçün təhlükə yaradır.
 
Hüquqşünas Vüsal Cəfərov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan 07:00-dək yaşayış binalarında, küçələrdə və digər ictimai yerlərdə yüksək səslə musiqi səsləndirmək, səs-küy yaratmaq və ictimai asayişi pozan digər hərəkətlər qanunla qadağandır. Onun sözlərinə görə, bu tələbləri pozan fiziki şəxslər 150-200 manat, vəzifəli şəxslər isə 2 000-2 500 manat məbləğində cərimə edilə bilərlər.Milli.Az
скачать dle 12.1

Şərhlər