SON DƏQİQƏ

Sabah bu ərazilərdə qaz olmayacaq

Tarix:

11-05-2022, 20:41

/ 2 246 dəfə oxundu.
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə SOCAR "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilir ki, "Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik "Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan "Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. 

Təmir aparılan müddətdə iki kəndin, bir yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ