SON DƏQİQƏ
» » Dünya üzrə koronavirusdan ölənlərin sayı 427-yə çatıb

Dünya üzrə koronavirusdan ölənlərin sayı 427-yə çatıb

Tarix:

4-02-2020, 10:35

/ 1 289 dəfə oxundu.
Dünya üzrə koronavirusdan ölənlərin sayı 427-yə çatıb

Çində koronavirusun aşkar edilməmiş növünə (2019-nCoV) indiyədək yoluxanların sayı 20 min nəfəri ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 426-dir. Ölüm hallarının 425-ci Çinin materik hissəsində, biri isə Honkonq xüsusi inzibati bölgəsində qeydə alınıb.
Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 min nəfərdən çoxdur. İndiyədək 655 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 2 min 788 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 414-ü virusun aşkarlandığı və ən çox yayıldığı (13 min 522 nəfər) Xubey vilayətində qeydə alınıb.
Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 171 min nəfər müəyyən edilərək həkim nəzarəti altında alınıb.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə 160-a yaxın adam virusa yoluxub. Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ