SON DƏQİQƏ
» » Çində koronavirusdan ölənlərin sayı 361 nəfərə çatdı

Çində koronavirusdan ölənlərin sayı 361 nəfərə çatdı

Tarix:

3-02-2020, 09:34

/ 1 284 dəfə oxundu.
Çində koronavirusdan ölənlərin sayı 361 nəfərə çatdı

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 17 min 245 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 361 nəfərə çatıb.

GunAz.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21 mini ötüb. İndiyədək 475 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 300 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 350-si virusun aşkarlandığı və ən çox yayıldığı (11 min 777 nəfər) Xubey vilayətində qeydə alınıb.

Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 152 min nəfər müəyyən edilərək həkim nəzarəti altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə 150-dən çox adamın virusa yoluxması təsdiqlənib. Artıq Çindən kənarda Filippində bu virusdan ilk ölüm faktı da qeydə alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ