SON DƏQİQƏ
» » İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

Tarix:

25-01-2020, 18:51

/ 1 833 dəfə oxundu.
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

"Yanvarın 8-də Tehran yaxınlığında Ukrayna sərnişin təyyarəsini səhvən vuran adam indi həbsdədir."

GunAz.az verdiyi xəbərə görə, bunu Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Niyə İran hökuməti təyyarənin vurulduğunu elan etmək üçün üç gün gözlədi" sualını Zərif belə cavablandırıb:

"Çətin bir dövrdə çətin bir vəziyyət idi. Digərlərinə daha çox vaxt lazım oldu. Təxminən 32 il əvvəl ABŞ İran sərnişin təyyarəsini vurdu. Bu günə qədər hələ də rəsmi üzr istəməyiblər. Onun məhvinə cavabdeh olan Amerika zabiti hətta medal da aldı. Ancaq Ukrayna təyyarəsini vuran iranlı indi həbsdədir", o deyib.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ