SON DƏQİQƏ
» » İran dünyanın ən bahalı PUA-sını izləyən və vuran yerli istehsallı sistemlərin adını açıqlayıb

İran dünyanın ən bahalı PUA-sını izləyən və vuran yerli istehsallı sistemlərin adını açıqlayıb

Tarix:

2-08-2019, 17:50

/ 1 333 dəfə oxundu.
İran dünyanın ən bahalı PUA-sını izləyən və vuran yerli istehsallı sistemlərin adını açıqlayıb

 İran ABŞ-ın "RQ-4 Global Hawk" pilotsuz kəşfiyyat təyyarəsini "Samin" adlı radarı ilə izləyib və "Xordad-3" adlı havadan müdafiə sistemilə vurub.

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi deyib.

İran müdafiə naziri ilk dəfə olaraq, dünyanın ən bahalı PUA-sı olan ABŞ kəşfiyyat pilotsuz təyyarəsini izləyən radar sisteminin adını açıqlayıb.

O bildirib ki, ABŞ PUA-sı "Samin" radarı ilə izlənilib və "Xordad-3" adlı havadan müdafiə sistemilə vurulub.

Ə. Hatəmi əlavə edib ki, "Samin" yerli radar sistemi eyni zamanda 5 hədəfi izləyir.

Qeyd edək ki, İran İslam İnqilabının Keşikçilər Korpusu dünyanın ən bahalı pilotsuz təyyarəsi hesab edilən "RQ-4 Global Hawk"-un BƏƏ-dən qalxdığını, körfəz və Oman dənizi üzərində uçuşlar həyata keçirərək, Hörmüzqan sahillərində onun ərazsisinə daxil olduğunu və bu səbəbdən də iyun ayının 19-da vurulduğunu bildirmişdi.

 

скачать dle 12.1

Şərhlər