SON DƏQİQƏ
» » Qaşıqçının qatilləri ilə bağlı qərar... - Aksoy

Qaşıqçının qatilləri ilə bağlı qərar... - Aksoy

Tarix:

23-12-2019, 21:08

/ 902 dəfə oxundu.
Qaşıqçının qatilləri ilə bağlı qərar... - Aksoy

Səudiyyə Ərəbistanı məhkəməsinin jurnalist Camal Qaşıqçını qətlə yetirən şəxslərlə bağlı verdiyi qərar həm ölkəmizin, həm də beynəlxalq ictimaiyyətin bu cinayətin bütün detalları ilə araşdırılması və ədalətin yerinə yetirilməsi istiqamətindəki gözləntilərimizi qarşılamır.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bəyanatında qeyd edib.

Qaşıqçının cəsədinin taleyi və digər məsələlərin qaranlıqda qaldığını deyən Aksoy buları söyləyib:

"Ölkəmizdə baş verən bu qətlin araşdırılaraq ortaya çıxarılması və bu qətlə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması təkcə hüquqi deyil, eyni zamanda vicdani məsuliyyətdir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində ittiham olunan 3 nəfərin 24 il azadlıqdan mərhum edilməsi və 5 nəfərin isə edamı ilə bağlı qərar verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ