SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyünü etiraf etdi

Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyünü etiraf etdi

Tarix:

20-10-2018, 08:37

/ 10 275 dəfə oxundu.
Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyünü etiraf etdi

2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasında ərəb jurnalist Camal Qaşıqçının öldürüldüyü açıqlanıb.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Baş Prokurorluğundan rəsmi açıqlama verilib.

Jurnalist Camal Qaşıqçının 2 oktyabrda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilməsi ilə bağlı 18 nəfər həbs edilib.

 Kral ailəsinin müşaviri Səud Kahtani, Kəşfiyyat İdarəsinin rəis müavini Əhməd Əsiri və daha 3 yüksək rütbəli kəşfiyyat işçisi isə vəzifələrindən azad ediliblər.

Kəşfiyyat İdarəsinin yenidən təşkili üçün komitə yaradılıb və vəliəhd şahzadə həmin komitəyə Məhəmməd bin Salman sədr təyin edilib.

Qeyd edək ki, S.Ərəbistanın Baş Prokurorluğu C.Qaşıqçının konsulluq binasında dava zamanı öldüyünü açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ