SON DƏQİQƏ
» » Ərdoğandan SƏRT SÖZLƏR: “Bunu sübut etməlisiniz”

Ərdoğandan SƏRT SÖZLƏR: “Bunu sübut etməlisiniz”

Tarix:

9-10-2018, 11:57

/ 10 305 dəfə oxundu.
Ərdoğandan SƏRT SÖZLƏR: “Bunu sübut etməlisiniz”

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müəmma və qarşılıqlı ittihamlar davam edir.

GunAz.az publika.az -a istinadən xəbər verir ki, mövzu ilə bağlı növbəti bəyanat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.

Camal Qaşıqçı ilə bağlı məsələnin diqqətlə izlənildiyini deyən Ərdoğan “Baş konsulluq işçiləri “buradan çıxdı” deməklə özlərini xilas edə bilməzlər. Əgər çıxıbsa, bunu sübut etsinlər.

“Türk səlahiyyətlilərindən “bu haradadır?” soruşmaqdansa, “bu necə oldu?” deyə soruşmaq lazımdır”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ