SON DƏQİQƏ

Qazaxıstanda ölüm hökmü ləğv ediləcək

Tarix:

21-12-2019, 13:20

/ 1 283 dəfə oxundu.
Qazaxıstanda ölüm hökmü ləğv ediləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə tezliklə ölüm hökmünün tam ləğv ediləcəyini deyib.

Ölkə başçısı Milli Etibar Şurasının iclasında bu barədə göstəriş verib. Prezident Xarici İşlər Nazirliyinə Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın protokoluna qoşulma prosesinə başlamağı tapşırıb.

Qeyd edək ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev 2003-cü ildə ölkədə ölüm cəzasına moratorium tətbiq edilməsi haqqında Fərman imzalamışdı.

Alternativ olaraq 2004-cü ildən respublikada ömürlük həbs cəzası tətbiq olunur.

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ