SON DƏQİQƏ
» » İraqda dini turizm və ziyarət turlarının sayı yarıya enib

İraqda dini turizm və ziyarət turlarının sayı yarıya enib

Tarix:

18-12-2019, 14:33

/ 1 768 dəfə oxundu.
İraqda dini turizm və ziyarət turlarının sayı yarıya enib

"İraqda dini turizm və ölkənin müxtəlif şəhərlərinə ziyarət turlarının təşkili yarıya enib."

GunAz.az  xəbər verir ki, bu barədə "Nəcəf Otelləri Birliyi"nin məsul şəxsi Məhəmməd Abbas ən-Nəcəfi deyib.

Onun sözlərinə görə etirazlar baş qaldırandan sonra ölkədə dini turizm çox zəifləyib və hətta son həftələrdə ziyarət turlarının sayı yarıya enib.

İraqın adıçəkilən qeyri-rəsmi qurumunun üzvü bildirib ki, etirazların keçirildiyi məkanlar ziyarət yerlərinə uzaq olsa da onun mənfi təsirləri göz qabağındadır.

Məhəmməd Abbas ən-Nəcəfi bu geriləmənin əsas səbəblərindən biri kimi İranın konsulluğunun yandırılmasından sonra qonşu ölkədən gələn zəvvarların kəskin azalması olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər