SON DƏQİQƏ
» » İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

Tarix:

9-12-2019, 17:50

/ 1 180 dəfə oxundu.
İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

 İran və Səudiyyə Ərəbistanın aidiyyatı qurumları gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma imzalayıblar.

GunAz.az xəbər verir ki, İranın Həcc və Ziyarət Təşkilatı ilə Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi arasında gələn ilin həcc mərasiminin proqramı barədə razılaşma imzalanıb.

İranın Həcc və Ziyarət Təşkilatının Səudiyyədə səfərdə olan sədri Əlirza Rəşidiyanın sözlərinə görə, müzakirələr və əldə edilən anlaşma iranlı zəvvarların həcc zamanı hörmət, şərəf və ləyaqətinin lazımi şəkildə qorunması, onların yerləşdirilməsi və sair məsələləri ehtiva edib.

İran rəsmisi bildirib ki, onlar hətta 2015-ci ilin Mina hadisələrində ölənlərin kompensasiyalarını da müzakirə ediblər.

Məlumata görə Səudiyyə Ərəbistanı Minada ölən zəvvarların məsələsinin hələ müzakirə edildiyini bildirib.

Qeyd edək ki, rəsmi Tehran 460 iranlı hacının ölümünə səbəb olan Mina hadisəsinə görə 2015 və 2016 -cı illərdə zəvvarların təməttü həccinə yollanmasını qadağan etmiş, daha sonra Səudiyyə tərəfilə danışıqların aparılmasından sonra ziyarət turları bərpa edilmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər