SON DƏQİQƏ
» » Səudiyyə həcc vizası və icazəsi olmayan 329 min şəxsi geri qaytarıb

Səudiyyə həcc vizası və icazəsi olmayan 329 min şəxsi geri qaytarıb

Tarix:

5-08-2019, 20:26

/ 1 795 dəfə oxundu.
Səudiyyə həcc vizası və icazəsi olmayan 329 min şəxsi geri qaytarıb

Səudiyyə Ərəbistanı hökuməti həcc viazası və bu ayinlərə qatılmağa icazəsi olmayan 329 mindən artıq şəxsi geri qaytardığını bildirib.

GunAz.az Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bunu Məkkənin əmiri Xalid Feysəl deyil.

Ötən gün keçirilən mətbuat konfransında həcc mərasiminə hazırlıqlar barədə məlumat verən Məkkə əmiri bildirib ki, indiyədək, həcc mərasiminə qatılmaq istəyən, lakin lazımi vizalar və sənədlərə malik olmayan 329 mindən artıq şəxs geri qaytarılıb.

Onun sözlərinə görə, həcc mərasiminin keçirildiyi bölgələrə lazımi sənədləri olmayan 144 min maşın buraxılmayıb. O cümlədən həcc turlarını təşkil edən 181 qeyri-qanuni turizm şirkəti bağlanıb.

Məkkə əmirinin sözlərinə görə indiyədək Səudiyyə Ərəbistanına gələn hacıların sayı 1 milyon 600 mini keçib.

Əmir Xalid Feysəlin sözləinə görə, həcc mərasiminin keçirilməsi üçün müxtəlif sahələrə ümumilikdə 350 min xidmətçi və təhlükəsizlik qüvvəsi cəlb edilib.

Qeyd edək ki, bu ilin həcc mərasiminə 2 milyon 500 mindən çox hacının qatılacağı təxmin edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ