
"Blid" tabloidi BMT-nin hesabatına əsasən yaşayış səviyyəsinə görə ölkələrin reytinqini hazırlayıb.
GunAz.az xarici mediaya istinadən bildirir ki, siyahıda 189 ölkə qeydə alınıb.
Reytinqdə həyat keyfiyyətinə görə birinci yerdə Norveç, ikinci yerdə İsveç, üçüncü yerdə isə İrlandiyadır.
Reytinqin autsayderləri Burundi, Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger olub.
Hərbi münaqişələrin qeydə alındığı ölkələr - Suriya (154-cü yer), Yəmən (177-ci yer) aşağı mövqe tutublar.