SON DƏQİQƏ
» » Ermənilər Azərbaycanın xoşbəxtlik indeksindən yazdılar - ETIRAF

Ermənilər Azərbaycanın xoşbəxtlik indeksindən yazdılar - ETIRAF

Tarix:

26-12-2018, 23:07

/ 10 245 dəfə oxundu.
Ermənilər Azərbaycanın xoşbəxtlik indeksindən yazdılar - ETIRAF

2018-ci ilin xoşbəxt əhali indeksi üzrə ümumdünya məruzəsində Ermənistan 156 ölkə arasında 129-cu yerə layiq görülüb.Bu barədə ermənilərin 1in.am saytı yazıb.

Saytın qeyd etdiyinə görə, Ermənistan 128-ci yerdəki Gürcüstandan bir pillə geridə qalsa da, bu dövlətlər region ölkələri arasında Azərbaycandan kifayət qədər arxadadırlar. Belə ki, erməni mediası Azərbaycanın 87-ci yerdə qərarlaşdığını yazmaq məcburiyyətində qalıb.

Rusiya bu siyahıda 59-cu, Türkiyə isə 74-cü, Bolqarıstan 100-cü, Albaniya 112-ci, Ukrayna 138-ci yerlərdədirlər.

İlk onluqda isə ən xoşbəxt ölkə kimi Finlandiya göstərilir və bu ölkəni Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zenlandiya, İsveç və Avstraliya izləyir.

Bu il ilk dəfə əhalinin xoşbəxtlik indeksi standartlarına miqrasiyaların təsiri də əlavə edilib. Bütövlükdə miqrantların xoşbəxtlikləri onları qəbul edən ölkələrin əhalisinə də sirayət olunub.

Ən bədbəxt ölkələr isə sözügedən məruzə əsasında Yəmən, Tanzaniya, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Burundi göstərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ