
İranın Məşhəd şəhərində mərkəzi prospektlərin birinin üzərindən keçən piyada körpüsü uçub.
GunAz.az xəbər verir ki, Məşhəddə Şəhid Çerağçi adlı prospektin üzərindən keçən piyada keçidi uçub.
Nəticədə 7 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb və onların vəziyyətinin stabil olduğu deyilir.
Körpünün uçma səbəbi hələ məlum deyil.
N.SAFURA