Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var RƏSMİ

İranın Məşhəd şəhərində mərkəzi prospektlərin birinin üzərindən keçən piyada körpüsü uçub.
GunAz.az xəbər verir ki, Məşhəddə Şəhid Çerağçi adlı prospektin üzərindən keçən piyada keçidi uçub.
Nəticədə 7 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb və onların vəziyyətinin stabil olduğu deyilir.
Körpünün uçma səbəbi hələ məlum deyil.
N.SAFURA