SON DƏQİQƏ

Boliviya 11 il sonra ABŞ-a səfir təyin edib

Tarix:

27-11-2019, 18:30

/ 1 314 dəfə oxundu.
Boliviya 11 il sonra ABŞ-a səfir təyin edib

Boliviyanın müvəqqəti hökuməti 11 il sonra ABŞ-a səfir təyin edib. GunAz.az xəbər verir ki, bu barədə Boliviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Boliviyanın xarici işlər naziri Karen Lonqarik əvvəllər Boliviya səfiri və BMT-də daimi nümayəndə olan Valter Oskar Serrat Kuelyarı ABŞ-dakı fövqəladə və səlahiyyətli səfir təyin edib.

Kuelyarın təyinatı, istefa verən Prezident Evo Moralesin tərəfdarlarının əksəriyyət təşkil etdiyi Boliviya Senatı (parlamentin yuxarı palatası) tərəfindən təsdiqlənməlidir.

Morales 2008-ci ildə ABŞ-ın Boliviyadakı səfiri Filip Qoldberqi "persona non grata" elan edib.  Vaşinqton Boliviyaya bənzər addımla cavab verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər