Boliviya 11 il sonra ABŞ-a səfir təyin edib

Boliviyanın müvəqqəti hökuməti 11 il sonra ABŞ-a səfir təyin edib. GunAz.az xəbər verir ki, bu barədə Boliviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Boliviyanın xarici işlər naziri Karen Lonqarik əvvəllər Boliviya səfiri və BMT-də daimi nümayəndə olan Valter Oskar Serrat Kuelyarı ABŞ-dakı fövqəladə və səlahiyyətli səfir təyin edib.
Kuelyarın təyinatı, istefa verən Prezident Evo Moralesin tərəfdarlarının əksəriyyət təşkil etdiyi Boliviya Senatı (parlamentin yuxarı palatası) tərəfindən təsdiqlənməlidir.
Morales 2008-ci ildə ABŞ-ın Boliviyadakı səfiri Filip Qoldberqi "persona non grata" elan edib. Vaşinqton Boliviyaya bənzər addımla cavab verib.
N.SAFURA