
Küveyt yenidən elan edib ki, Yəməndə gedən qarşıdurma tərəflərinin danışıqları üçün vasitəçilik və ev sahibliyi etməyə hazırdır.
GunAz.az xəbər verir ki, bunu Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur əl-Uteybi deyib.
BMT Təhlükəsizlik Şurasında Yəmənlə bağlı müzakirələrin aparıldığı zaman Küveyt rəsmisi bildirib ki, ölkəsi tərəflər arasında vasitəçilik və ev sahibliyi etməyə hazırdır.
Küveyt rəsmisi bildirib ki, Yəmən münaqişəsinin həlli yolu yalnız siyasidir. Onun sözlərinə görə əldə ediləcək hər hansı bir anlaşmada 3 məsələ, yəni Yəmənin müstəqilliyi, suverenliyi, ərazi bötvlüyü, və xarici müdaxilələrin olmaması yer almalıdır.
N.SAFURA