SON DƏQİQƏ
» » Küveyt rəsmiləri İran prezidentinin məktubunu Səudiyyə kralına çatdırıblar

Küveyt rəsmiləri İran prezidentinin məktubunu Səudiyyə kralına çatdırıblar

Tarix:

6-11-2019, 17:10

/ 1 763 dəfə oxundu.
Küveyt rəsmiləri İran prezidentinin məktubunu Səudiyyə kralına çatdırıblar

Küveyt rəsmiləri bildiriblər ki, İran prezidentinin məktubunu Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına çatdırıblar.

GunAz.az Küveyt mətbuatına istinadla xəbər verir ki, bu barədə adıçəkilən ərəb dövlətinin xarici işlər nazirinin müavini Xalid Carullah məlumat verib.

Küveyt rəsmisi bildirib ki, onlar İran prezidentinin Fars Körfəzində dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı məktubunu Səudiyyə və Bəhreyn tərəfinə çatdırıblar.

Qeyd edək ki, İranın Prezident Administrasiyanın sözçüsü Əli Rəbii iki gün öncə İran prezidentinin Səudiyyə və Bəhreyn krallarına məktub ünvanlamasını təsdiqləyib. O bildirib ki, İran prezidenti Həsən Ruhani körfəzdə dəniz nəqliyyatının təhlükəsizliyinin və bölgədə sabitliyin təmin edilməsi barədə Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına məktub göndərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ