SON DƏQİQƏ
» » İran beynəlxalq ictimaiyyətə təqdim edəcəyi «Hörmüzdə sülh layihəsi»nin detallarını açıqlayıb

İran beynəlxalq ictimaiyyətə təqdim edəcəyi «Hörmüzdə sülh layihəsi»nin detallarını açıqlayıb

Tarix:

24-09-2019, 18:10

/ 1 859 dəfə oxundu.
İran beynəlxalq ictimaiyyətə təqdim edəcəyi «Hörmüzdə sülh layihəsi»nin detallarını açıqlayıb

 İran Fars Körfəzində təhlükəsizlik məqsədilə irəli sürdüyü «Hörmüzdə sülh layihəsi» təşəbbüsünün detallarını açıqlayıb.

GunAz.az İran mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş Assambleyasının 74-cü toplantısından öncə jurnalistlərə verdiyi açıqlamada "Hörmüzdə sülh layihəsi"nin detallarını açıqlayıb.

C. Zərif bildirib ki, İran bu layihəyə əsasən təklif edir ki, körfəzdə təhlükəsizliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Bəhreyn, Qətər və Omanın iştirakı, eləcə də BMT-in başçılığı ilə ittifaq yaradılsın.

İranın təşəbbüsünü prezident Həsən Ruhani BMT Baş Assambleyasının toplantısında beynəlxalq ictimiayyətə çatdıracaq.

Qeyd edək ki, bundan öncə ABŞ körfəzdə "dəniz nəqliyyatının təhlükəsizliyinin təmini" adı ilə hərbi ittifaq yaratmaqda olduğunu bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ