SON DƏQİQƏ
» » İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

Tarix:

31-07-2019, 20:27

/ 1 321 dəfə oxundu.
İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

"Əgər Səudiyyə Ərəbistanı müzakirələrə hazırdırsa biz də buna hazırıq. Biz heç vaxt qonşu dövlətlərlə danışıqlar qapısını bağlamamışıq."

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Bu gün İran nazirlər kabinetinin toplantısından sonra mətbuata açıqlamasında XİN rəhbəri Cavad Zərif bildirib ki, İran Səudiyyə Ərəbistanı ilə müzakirə və danışıqlar aparmağa hazırdır.

Cavad Zərif Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynlə yaxşı əlaqələrin qurulmasını da istisna etməyib. Lakin o bu hədəfin baş tutması üçün adıçəkilən dövlətlərin digər ölkələrin daxili məsələlərinə qarışmamasını istəyib.

Qeyd edək ki, adıçəkilən ölkələr 2015-ci ildə İranla diplomatik əlaqələri dayandırıblar. Həmin zaman Səudiyyədə şiə din alimi şeyx Baqir Nimr ən-Nimrin edam edilməsi, həcc mərasimində 460 iranlının ölümü, Tehranda Səudiyyə səfirliyinin yandırılması diplomatik əlaqələrin dayandırılmasının əsas amili idi. Hazırda isə Yəmən müharibəsi əlaqələrin bərpasına maneə yaradan əsas amillərdən biridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ