SON DƏQİQƏ

Səudiyyə Ərəbistanı İranı təhdid etdi

Tarix:

6-11-2017, 22:34

/ 937 dəfə oxundu.
Səudiyyə Ərəbistanı İranı təhdid etdi

Ölkə ərazisinə ballistik raket atılmasında İranı günahlandıran Səudiyyə Ərəbistanı İranı təhdid edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr “Twitter” hesabından etdiyi açıqlamada İran terrorunun günahsız insanları qorxutmağa, uşaqları qətlə yetirməyə, beynəlxalq qanunları heçə saymağa davam etdiyini bidirib. 
Nazir Husilərin Yəməni məhv edən bir terror vasitəsi olduğunu qeyd edib.
İranın bölgədəki ölkələrin təhlükəsizliyinə zərər verdiyini vurğulayan xarici işlər naziri açıqlamasına belə davam edib: “İranın bu düşmənçiliyinə cavab vermək haqqımızı saxlamışıq”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi kaolisiya qüvvələri İranın Husilərə Səudiyyə Ərəbistanını hədəf alan ballistik raketlər verməsini “müharibə xəbərdarlığı” olaraq qiymətləndirmiş, bunun “açıq və birbaşa hərbi hücum” olduğunu bildirmişdi.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ