SON DƏQİQƏ
» » İran Con Boltonun Səudiyyə və BƏƏ gəmilərinin vurulması ilə bağlı iddiasına cavab verib

İran Con Boltonun Səudiyyə və BƏƏ gəmilərinin vurulması ilə bağlı iddiasına cavab verib

Tarix:

29-05-2019, 16:17

/ 1 383 dəfə oxundu.
İran Con Boltonun Səudiyyə və BƏƏ gəmilərinin vurulması ilə bağlı iddiasına cavab verib

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun əl-Fuceyra limanındakı Səudiyyə və BƏƏ gəmilərinin İran tərəfindən vurulması ilə bağlı iddiası onun təxribatçı zehninin məhsuludur. İran bu iddianı qətiyyətlə rədd edir və bildirir ki, bu kimi fikirlər onun və B komandasının fikirləridir. Belə bir gülməli fikirin B komandasının iki üzvünün (Con Bolton və Bin-Zayid) oturduğu toplantıdan səsləndirilməsi qeyri-adi deyil. "

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü  Seyid Abbas Musəvi deyib.

Con Boltonun İrana qarşı son iddiasına münasibət bildirən S.A. Musəvi vurğulayıb ki, İranı Səudiyyə və BƏƏ gəmilərinə hücumda ittiham etmək onun və B komandası üzvlərinin təxribatşı zehninin məhsuludur.

Qeyd edək ki, Con Bolton bu gün səhər ABŞ-ın BƏƏ-dəki səfirliyində jurnalistlərlə görüşdə bildirib ki, əl-Fucerya limanında Səudiyyə və BƏƏ gəmilərinə hücumun İran tərəfindən həyata keçirilməsi öz təsdiqini tapmaq üzrədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ