SON DƏQİQƏ
» » ABŞ xəbərdarlıq etdi- “Qiyamətə hazır olun”

ABŞ xəbərdarlıq etdi- “Qiyamətə hazır olun”

Tarix:

26-09-2018, 12:57

/ 10 232 dəfə oxundu.
ABŞ xəbərdarlıq etdi- “Qiyamətə hazır olun”

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır.

GunAz.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İrana çox sərt sözlərlə xəbərdarlıq edib.

Nyu-Yorkda keçirilən bir konfransda çıxış edən Con Bolton İranın hazırkı siyasətini dəyişdirməli olduğunu bildirib.

“İran vətəndaşlarımıza, müttəfiqlərimizə və partnyorlarımıza zərər verərsə, qiyamət qopacaq. Bu ölüm saçan rejim və onun tərəfdarları davranışlarını dəyişdirməsə, nəticələrinə hazır olmalıdır. Bugünkü mesajım çox açıqdır, biz sizi izləyirik və arxanızdayıq”, – prezidentin məsləhətçisi deyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı dünyanı İranı təcrid etməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ