SON DƏQİQƏ
» » Bolton İrəvanda və Bakıda nəyi müzakirə edəcək?

Bolton İrəvanda və Bakıda nəyi müzakirə edəcək?

Tarix:

15-10-2018, 08:41

/ 10 260 dəfə oxundu.
Bolton İrəvanda və Bakıda nəyi müzakirə edəcək?

Con Boltonun bölgəyə səfəri önümüzdəki aylarda ABŞ hökumətinin bölgəyə yönəlik siyasətində hansısa korrektlərin olacağı ehtimalını da doğrur.

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə gözlənilən səfəri xüsusi əhəmiyyətlidir:

“Rusiya ilə müzakirələrdə, əlbəttə, Yaxın Şərq böhranı, xüsusilə də Suriya məsələsi, bu ölkəyə yerləşdirilən zenit raket kompleksi, ABŞ-İran münasibətlərində Rusiya amili və digər məsələlər müzakirə oluna bilər. Con Boltonun Ermənistan səfəri bu ölkənin yeni hakimiyyəti ilə tanışlıq və Paşinyan hökumətinin ABŞ ilə münasibətləri, Avropa Birliyi ilə əməkdaşlıq, heç şübhəsiz, ölkə daxilində son zamanlarda cərəyan edən hadisələrə aydınlıq gətirilməsidir. Bildiyimiz kimi, demokratiya və ifadə azadlığı şüarları ilə hakimiyyətə gələn Paşinyan özü bu dəyərlərə əməl etmir. Müxalifətə qarşı təzyiq etməsi, sabiq prezident Robert Köçəryanı həbs etməsi və daha sonra sərbəst buraxması, məhkəmənin azad olmaması və s. kimi məsələlərin müzakirə hədəfi olacağı ehtimal edilir. Paşinyan hökuməti yəqin ki, ABŞ-dan maliyyə yardımı və siyasi dəstək istəyəcəkdir”.

Politoloq qeyd edib ki, Azərbaycan səfəri isə daha geniş və qlobal məsələləri əhatə edir:

“Burada Azərbaycanın enerji siyasəti, Avropanın enerji ehtiyacının alternativ yollarla qarşılanması, bölgə və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verəcəyi töhfə və əlbəttə, İran-ABŞ münasibətlərində Azərbaycanın mövqeyi müzakirə mövzusu ola bilər".

Qeyd edək ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-si səfər edəcək. O, bu barədə özünün Tvitter hesabında yazıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ