SON DƏQİQƏ
» » Paşinyan nazirini niyə cəbhə xəttinə göndərdi? – Şərh

Paşinyan nazirini niyə cəbhə xəttinə göndərdi? – Şərh

Tarix:

7-10-2018, 10:27

/ 10 287 dəfə oxundu.
Paşinyan nazirini niyə cəbhə xəttinə göndərdi? – Şərh

Tonoyanın qondarma rejimə səfəri həm ordunu təftiş etmək, həm də ordunun “nəbzinin necə döyündüyünə” aydınlıq gətirməklə bağlı ola bilər.

GunAz.az xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan ölkə daxilində və işğal altında olan bölgədə özünün nəzarətindən kənarda cərəyan edəcək hər hansı bir hadisəyə görə narahatdır:

“Ermənistan Müdafiə naziri David Tonoyan dünən qondarma rejimə getmədən Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan istiqamətində yerləşən hərbi birlikləri təftiş edib. Tonoyanın bu səfəri Azərbaycanın cəbhə xəttində atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ehtimalından daha çox, Azərbaycan-Ermənistan sərhədində və işğal altında olan bölgələrdə Ermənistan ordusunun atəşkəsi pozaraq hərbi əməliyyatlara başlama narahatlığı ilə bağlı ola bilər. Bildiyimiz kimi, cari ilin aprel-may aylarında Ermənistanda yaşanan inqilab dalğası hələ səngiməyib və bir neçə gündür daha ciddi mərhələyə qədəm qoyub. Bu gün Paşinyan hökuməti üçün ölkə daxilində hakimiyyətini qoruyub saxlamaq və sabiq iqtidar, indiki müxalif Ermənistan Respublikaçılar Partiyasına qarşı mübarizə nə qədər əhəmiyyətlidirsə, Azərbaycan-Ermənistan sərhəd xəttində və işğal altında olan bölgələrdə atəşkəsə əməl edilməsi ən azı o qədər əhəmiyyətlidir”.

Politoloq vurğulayıb ki, Paşinyan ölkədə hakimiyyəti tam olaraq ələ aldığından əmin deyil:

“Onu narahat edən ən ciddi məsələlərdən biri də ordu daxilində Sərkisyanın adamlarının bilərək atəşkəs rejimini pozma və Paşinyan hökumətini çıxılmaz vəziyyətlə üz-üzə qoyma ehtimalıdır. Tonoyanın qondarma rejimə səfəri orada yerləşən ordu birliklərinin Paşinyan hökumətinə sadiq qalmaları məsələsinə açıqlıq gətirməsi ilə də bağlı ola bilər. Paşinyan hökuməti hazırda hər hansı bir gözlənilməyən siyasi və hərbi gedişdən əsla məmnun olmaz. Ən azından hökumətin iradəsindən kənar hər hansı bir hadisənin yaşanması Paşinyanın siyasi gələcəyi məsələsi ilə tərs mütənasibdir. Əlbəttə, Tonoyanın bu səfəri eyni zamanda qondarma rejimdə Ermənistanın daxili ictimai-siyasi vəziyyətilə bağlı narahatlığı azaltmaq məqsədi də daşıya bilər. Çünki Ermənistanın siyasi həyatında yaşanan hər hansı bir qırılma dərhal qondarma rejimdə bütün gücü ilə hiss edilir”.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə naziri David Tonoyan Baş Qərargah rəisi Artak Davtyanla birgə Naxçıvanla sərhədə baş çəkdikdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ