SON DƏQİQƏ
» » Parada gələn ölkələr: Bakı bununla sübut etdi ki... – Şərh

Parada gələn ölkələr: Bakı bununla sübut etdi ki... – Şərh

Tarix:

28-06-2018, 09:14

/ 10 296 dəfə oxundu.
Parada gələn ölkələr: Bakı bununla sübut etdi ki... – Şərh

Azərbaycan indiki vəziyyətdə hər an işğal olunmuş torpaqlarını azad edə bilər.

Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimindəki nitqini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq prezidentin çıxışında verilən əsas mesajların Ermənistana ünvanlandığını bildirib:

“Son zamanlar dünyada baş verən hadisələr, Ermənistan-Azərbaycan arasındakı vəziyyət kəskin şəkildə ölkəmizin xeyrinə dəyişib. Burada Azərbaycan rəhbərliyinin düzgün hərbi, siyasi və iqtisadi siyasəti mühüm rol oynayıb. Bunu hərbi paraddakı çıxışında da dilə gətirən prezident İrəvana xüsusi mesaj da göndərdi. Bu mesaj işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunmasından ibarətdir. Yəni ölkə başçısı Ermənistan rəhbərliyinə növbəti dəfə xəbərdarlıq etdi, eyni zamanda, İrəvana verdiyi mesajın arxasında Azərbaycanın gücünü göstərdi. Bu o deməkdir ki, Azərbaycanın əlində olan silahlar Ermənistanın hər bir nöqtəsinə zərbə endirməyə imkan verir”.

Politoloq vurğulayıb ki, Azərbaycan dünyadakı yerini möhkəmləndirməkdə davam edir:

“Ölkəmiz ordu quruculuğunun inkişaf etdirilməsi prosesini bundan sonra da aparacaq. Ermənistan artıq bundan doğru nəticə çıxarmalıdır. Çünki bu cür işğalçılıq siyasəti Ermənistanın bir dövlət kimi formalaşmasına imkan vermir. Odur ki, Azərbaycan indiki vəziyyətdə hər an işğal olunmuş torpaqlarını azad edə bilər. Hərbi parada Rusiya, İran, Gürcüstan, Türkiyə Pakistan, İsrail, Belarus və digər ölkələrdən bir sıra hərbi nümayəndələr qatılmışdı. Bu onu göstərir ki, Azərbaycan öz haqlı davasında tək deyil və güclü müttəfiq bazasına malikdir. Ona görə də Ermənistan yenə danışıqlardan yayınarsa, Azərbaycan problemi güc yolu ilə həll edəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ