SON DƏQİQƏ
» » Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib – Bu gün daha 25 nəfərin işinə baxılacaq

Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib – Bu gün daha 25 nəfərin işinə baxılacaq

Tarix:

21-11-2019, 11:20

/ 1 283 dəfə oxundu.
Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib – Bu gün daha 25 nəfərin işinə baxılacaq

Tbilisi Şəhər Məhkəməsi noyabrın 18-də keçirilmiş mitinqdə saxlanılmış 11 aksiya iştirakçısını hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlikdə və dələduzluqda təqsirli bilib.

Bu barədə GunAz.az Gürcüstanın İctimai Yayımının Birinci Kanalının saytına istinadən xəbər verir.

Məlumata görə, 10 nəfər barəsində 5-13 gün müddətində inzibati həbs cəzası çıxarılıb, 1 nəfər isə 1000 lari cərimələnib. Məhkəmə daha 25 nəfərin işinə bu gün baxacaq.

Bildirilir ki, məhkəmənin qərarı iclas iştirakçılarının kəskin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, artıq bir neçə gündür Gürcüstanda etiraz aksiyaları keçirilir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ