SON DƏQİQƏ

Tbilisidə etirazlar yenidən başladı

Tarix:

1-06-2018, 18:40

/ 10 274 dəfə oxundu.
Tbilisidə etirazlar yenidən başladı

Tbilisidə davam edən etiraz aksiyaları iyunun 1-də yenidən başlayıb.

Gunaz.az xəbər verir ki, Parlamentin qarşısında keçirilən aksiyada hazırda 1500-dək insan iştirak edir.

Onlar ölkənin məhkəmə-hüquq sisteminin yenidən qurulmasını, mövcud hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

Aksiya iştirakçılarının sayının artacağı və 5000 nəfərdən çox olacağı bildirilir.

Məlumat üçün bildirək ki, 2017-ci il dekabrın 1-də Tbilisidəki Xorava küçəsində 51 saylı məktəbin iki şagirdi mübahisə zəmnində bıçaq yarası alıblar. Hər iki yeniyetmə elə həmin gün ölüb. Məhkəmə qətli törədənlərdən birinin cəzasını azaldıb, digərinə isə yungül cəza verilib. Həlak olan yeniyetmələrin valideynləri və yaxınları əvvəlcə Gurcüstan Baş Prokurorluğu qarşısinda aksiya keçiriblər. Baş prokurorun istefasından sonra aksiya parlamentin binası önündə davam edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ