SON DƏQİQƏ
» » Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

Tarix:

19-11-2019, 13:51

/ 1 746 dəfə oxundu.
Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

Keçmiş Boliviya Prezidenti Evo Morales, İspaniyanın "EFE" xəbər agentliyinə verdiyi müsahibədə, "şiddətə çevrilən etirazların" ölkədə vətəndaş müharibəsinin başlamasına səbəb olacağından "çox narahat olduğunu" bildirib.

GunAz.az xəbər verir ki, siyasətçi bildirib ki, ölkədəki vəziyyəti sabitləşdirməyin yeganə yolu ümummilli dialoqdur.

O, həmçinin Boliviya hökumətini BMT, Avropa Birliyi və ya Katolik Kilsəsinin himayəsi altında vasitəçilik missiyası üçün “qapıları açmağa” çağırıb.

Boliviyadakı etiraz aksiyaları  ölənlərin sayı 23 nəfərə çatıb. Bu barədə İnsan Hüquqları üzrə Amerikaarası Komissiya (İACHR) və Boliviya insan haqları təşkilatı "Defensoria del Pueblo" məlumat verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ