SON DƏQİQƏ
» » İki alimimiz Rusiya EA-nın müxbir üzvü seçildi

İki alimimiz Rusiya EA-nın müxbir üzvü seçildi

Tarix:

18-11-2019, 09:00

/ 856 dəfə oxundu.
İki alimimiz Rusiya EA-nın müxbir üzvü seçildi

Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib.

GunAz.az-ın məlumatına görə, sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur.

Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.

скачать dle 12.1

Şərhlər