SON DƏQİQƏ

Gələcəyə baxış

Tarix:

28-12-2018, 14:27

/ 10 404 dəfə oxundu.
Gələcəyə baxış

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi Rəyasət Heyətinin və Elmi Şurasının geniş iclası keçirilmişdir.

GunAz.az bildirir ki, iclasda tanınmış alimlərlə yanaşı Çin Xalq Respublikasının Elm və İncəsənət Universitetinin  Partiya komitəsinin sədri, professor Yan Xiaohui və rektoru, professor Zheng Weiqiangın başçılığı ilə Çin Xalq Respublikası alimlərindən ibarət nümayəndə heyəti  iştirak etmişdir.

 İclası Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin (BEA AB) prezidenti, geologiya-minerologiya elmləri doktoru, professor,Rusiya Təbiət Elmləri Akademiyasınin akademiki Elçin Xəlilov giriş sözü ilə açmışdır.

 

  BEA AB-nin Fəxri prezidenti,Azərbaycan Respublikası Milli Məclisinin  İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq  Komitəsinin sədriAMEA və  BEA akademiki Ziyad Səmədzadə  və BEA AB-nin prezidenti Elçin Xəlilov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, filologiya elmləri doktoru Çingiz Hüseynzadəyə, ”Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Meteoroloji Xidmətinin rəisi, coğrafiya elmləri doktoru, professor Nazim Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru  Abbas Seyidova BEA AB-nin həqiqi üzvləri, ”Vışka” qəzetinin baş redaktoru, Əməkdar  jurnalist Mədinə Həsənovaya BEA-nın  fəxri  üzvü diplomlarını  və döş nişanlarını təqdim etmişlər.

Sonra  elmin inkişafında görkəmli nailiyyətlərə görə BEA AB-nin tərkibinə yeni üzvlər seçilmişdir.Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Dünya Gastronomiya İnstitutunun səfiri,  tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov və  Azərbaycan Texniki Universitetin Metrologiya və standartlaşdırma kafedrasının müdiri, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Elçin İskəndərzadə  BEA AB-nin həqiqi üzvləri, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi sədrinin baş məsləhətcisi, İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri. Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, texnika elmləri namizədi, dosent Fəxrəddin Həbibov BEA AB-nin müxbir üzvü seçilmişlər.

         Elmin inkişafında nailiyyətlərinə görə BEA AB-nin  Fəxri akademiki Ağadaim Ələkbərova 70 illik yubileyi münasibətilə BEA AB-nin Çümüş döş nişanı təqdim olunmuşdur.

 BEA AB-nin prezidenti Elçin Xəlilov BEA AB-nin kənd təsərrüfatında yeni texnologiyaların tətbiq edilməsi sahəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları ilə elmi-texniki əməkdaşlığı haqqında məlumat vermişdir.

 Tədbir iştirakçılarını Çinin Elm və Sənət Universitetinin Partiya Komitəsinin sədri, professor Yan Xiaohui salamlamışdır. BEA AB-nin xarici müxbir üzvü, doktor Li Renying forum iştirakçılarına BEA AB ilə Çin Xalq Respublikasının Zəlzələlər idarəsi, Gansu əyalətinin Seysmologiya institutu, Gansu əyalətinin Sosial Elmlər Akademiyası ilə birlikdə və digər təşkilatlarla əməkdaşlıq proqramı haqqında məlumat vermişdir.

 BEA AB Rəyasət Heyətinin qərarı  ilə doktor Li Renying BEA AB prezidentininÇin Xalq Respublikasının elm və təhsil müəssisələri ilə əməkdaşlıq üzrə  Xüsusi müşaviri təyin edilmişdir.

İclasda tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanovun “Ənənəvi Azərbaycan mətbəxinin tarixi mənbəyinin araşdırılması”, tarix elmləri doktoru, professorAbbas Seyidovun "Azərbaycanda Alman yaşayış məskəni Yelenendorf ( 1818-1941)" mövzusunda məruzələri duinlənilmişdir.

Afət Məmmədov

BEA AB-nin mətbuat xidmətinin rəhbəri,

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ