SON DƏQİQƏ

Gürcülər Azərbaycan liqasında yarışacaq

Tarix:

30-10-2019, 19:12

/ 1 747 dəfə oxundu.
Gürcülər Azərbaycan liqasında yarışacaq

Voleybol üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan Super liqalarında altı komanda mübarizə aparacaq.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev oktyabrın 30-da jurnalistlərə müsahibəsində deyib.

Bu günlərdə 60 illik yubileyini qeyd edən mütəxəssis bildirib ki, çempionatda Gürcüstanın kişilərdən və qadınlardan ibarət komandaları da güclərini sınayacaqlar. Artıq bununla bağlı Gürcüstan Voleybol Federasiyasından razılıq məktubu gəlib. Çempionatla bağlı digər məsələlərə dair açıqlama yaxın günlərdə veriləcək.

“Bu il qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə ölkə xaricində çıxış edə bilmələri üçün azad transfer hüququ verdik. Gələn il isə avrokuboklarda iştirak edəcəyik. Bu istiqamətdə mühüm işlər görülür”, - deyə F.Qarayev əlavə edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ