
Əfqanıstanda bu gün 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
GunAz.az xəbər verir ki, bu barədə beynəlxalq seysmoloji xidmətlərin məlumatında bildirilir.
ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) zəlzələnin episentrinin ölkənin Jurm bölgəsi olduğunu açıqlayıb. Yeraltı təkanlar ölkənin bir sıra bölgələrində hiss olunub.
Hələlik zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb.
Səlahiyyətli qurumlar vəziyyəti qiymətləndirməyə davam edir.































