SON DƏQİQƏ
» » Türkiyədən xəbərdarlıq: “Qırmızı xəttimizdir, daxil olsalar, məhv edərik”

Türkiyədən xəbərdarlıq: “Qırmızı xəttimizdir, daxil olsalar, məhv edərik”

Tarix:

30-10-2019, 11:51

/ 1 252 dəfə oxundu.
Türkiyədən xəbərdarlıq: “Qırmızı xəttimizdir, daxil olsalar, məhv edərik”

30 kilometrlik ərazi bizim qırmızı cizgimizdir, sızma olarsa vurarıq.

GunAz.az  xəbər verir ki, Türkiyə diplomatiyası YPG/PKK terror təşkilatına bağlı 34 min silahlı terrorçunun Türkiyə-Suriya sərhədini tərk etməsindən sonra belə bir xəbərdarlığı edib:

"150 saat başa çatdıqdan sonra hər YPG-li bizim üçün hədəfdir. Bunu ruslara da bildirdik. Rusların bu ana qədər durduğu nöqtə bizi üçün qane edir.

YPG-nin 30 kilometr geri çəkilməsi ilə sərhədlərimizdə bir terror dövləti olma ehtimalını aradan qaldırdıq. Müəyyən etdiyimiz bölgəyə sızma olsa, dərhal vuracağıq. Bunu ABŞ və Rusiyaya dedik. 30 kilometr bizim qırmızı cizgimizdir".

YPG-nin Suriyanın içərisinə doğru 30 kilometr çəkilməsi və bölgədə demoqrafik durumu pozmağa cəhd edəcəyi haqda deyilənlərə diplomatik qaynağın reaksiyası maraqlı olub: "YPG-nin çəkildiyi bölgədə demoqrafik prosesi pozma cəhdi ola bilər, amma onların indi çəkildikləri bölgədə ərəb əhalisi daha güclüdür. De-fakto demoqrafik dəyişikliyə Suriya rejimi də imkan verməz. Bunun qarantiyasını ruslar verib".

Diplomatik mənbə əlavə edib ki, "Sülh çeşməsi" əməliyyatının Türkiyənin hüququ olduğunu beynəlxalq aləm qəbul etmək zorunda qalıb: "ABŞ və Rusiya ilə razılaşmadan sonra "Sülh çeşməsi" əməliyyatını Türkiyənin öz təhlükəsizlik narahatlığı səbəbindən həyata keçirdiyini hər kəs qəbul etməli oldu. Artıq başda Almaniya və Fransa olmaqla Avropa Birliyi ölkələri "Sülh çeşməsi" əməliyyatı və təhlükəsiz bölgə təklifimizi qəbul edərək masaya oturmaq istəyirlər".

Türk diplomatik qaynağı qeyd edib ki, Ankara Vaşinqton və Moskva ilə razılaşma əldə etməklə böyük bir oynu poza bilib: "Almaniya, Fransa və İngiltərə müzakirələr üçün sıraya durdu. Böyük oyun sərhəd xəttimiz boyunca YPG nəzarətində bir dövlət yaratmaq idi. Ancaq indi belə bir ehtimal gündəndə deyil".

Türkiyənin yaradacağı təhlükəsizlik bölgəsi haqqında danışan qaynaq bildirib ki, əslində təhlükəsizlik bölgə anlayışını şərti olaraq A və B kateqoriyasına bölmək lazımdır: "B bölgəsi Rasulayn və Tel-Abyad arasındakı 129 kilometr uzunluqda və 30 kilometr enlilikdə qurulacaq. A bölgəsi isə Qamışlı və Kobaninin daxil olduğu bölgəsidir. Təhlükəsizlik bölgəyə dair hədəfimiz A və B bölgələrini əhatə edən Kobani və Qamışlı daxil olmaqla 444 kilometr uzunluğunda, 30 kilometr enində olacaq böyük bir ərazini əhatə edir. ABŞ və Rusiya ilə müzakirələrdə məqsədimizi belə anlatdıq və onlar da qəbul etdilər".

N.SAFURA

скачать dle 12.1

Şərhlər