SON DƏQİQƏ

Ərdoğan: Obama bizi aldatdı

Tarix:

24-01-2018, 13:46

/ 1 131 dəfə oxundu.
Ərdoğan: Obama bizi aldatdı

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir.

Gunaz.az-ın “Sözçü”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ak Sarayda keçirilən 44-cü Muhtarlar toplantısında bəyan edib.

“Terrorçuların kökünü qurudacağıq. Bölgəni terrorçulardan təmizləmək bizim  boynumuzun borcudur”, - deyən Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən, bütün sərhədboyu zonalarını PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-dən təmizləyəcək. 

Ərdoğan ABŞ-ın sabiq prezidenti Barak Obamanın vaxtilə Türkiyəni aldatdığını deyib:

“Biz Obama dövründə də “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. Bu hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı. Biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Münbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”, - deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.

Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun (ASO) döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: 

“Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ